İdman

“Barselona”dan xal itkisi, “Vilyarreal”dan qələbə

La Liqada 30-cu tura keçirilən 3 oyunla start verilib.

Analoq.az xəbər verir ki, “Qranada” doğma meydanda “Vilyarreal”a 0:1 hesabı ilə uduzub. “Malyorka” – “Leqanes” görüşündə isə qalib müəyyənləşməyib – 1:1.

Günün son matçında lider “Barselona” “Sevilya”nın qonağı olub. Bu oyunda hesab açılmayıb.

“Qranada” – “Vilyarreal” – 0:1
Qol: Moreno, 11

“Malyorka” – “Leqanes” – 1:1
Qollar: Sevilya, 9 (1:0), Rodriqes, 87 (1:1)

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button