Müsahibə

“Deyəsən, Brüssel bəyanatı kağız üzərində qalmayacaq” – Hafiz Hacıyev

Müasir Müsavat Partiyasının sədri: “Azərbaycanla Ermənistan arasında bütün münasibətlər öz qaydasında deyil. Hələlik iki ölkə arasında olan məsələlər mürəkkəb mərhələyə qədəm qoyub”

“Nə qədər ki, Xankəndində konstitusiyaya uyğun qonunlarımız qoyulmayıb, oradan onların qoyduğu heykəllər yığışdırılmayıb, nə qədər ki, öz torpaqlarımızda müstəqil şəkildə gəzə bilmirik məsələlər belə də davam edəcək”.

Bildiyimiz kimi müharibənin bitməsindən 1 ildən çox vaxt keçməsinə baxmayaraq Ermənistan hələ də sülhdən boyun qaçırır. Məlumdur ki, Azərbaycan sülhə və sabitliyə sadiq, növbəti addımlar proqnozlaşdıran ölkədir. Buna baxmayraq azad edilmiş ərazilərdə partlamamış minaların mövcudluğu və Ermənistanın mina xəritələrini səhv verməsi ən problemli məsələlərdəndir.Azərbaycan və Ermənistan müsibətlərini və ümumiyyətlə son günlərdə keçirilən görüşləri, bəyanatları PİA.az-ın əməkdaşı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevlə müzakirə edib.

Hafiz Hacıyev: “Əgər Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanısa, Xankəndində və Xocalıda bizim bayrağımız dalğalanar”.PİA.az Müasir Müsavat Partiyasının səfəri ilə olan müsahibəni oxucularının diqqətinə çatdırır:

Hafiz bəy, postmüharibə dövründə Azərbaycan və Ermənistan münasibətlərini necə dəyərləndirirsiniz? Sizcə Azərbaycan tərəfindən lazımı addımlar atılır, yoxsa bundan da ötə addımların atılması vacibdir?

– Azərbaycanla Ermənistan arasında bütün münasibətlər öz qaydasında deyil. Hələlik iki ölkə arasında olan məsələlər mürəkkəb mərhələyə qədəm qoyub. Yəni Ermənistanın baş naziri Rusiyanın təşəbbüsü ilə keçirilən görüşdə bir söz, Brüssellin təşəbbüsü ilə keçirilən görüşdə isə başqa söz deyir. Beləliklə də Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanımır. Əgər Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanısa, Xankəndində və Xocalıda bizim bayrağımız dalğalanar.

Ermənistana lazımdır ki, müəyən vaxt qazansın. Bu baxımdan da onun himayədarları Paşinyana köməklik edir. Həmçinin Ermənistanın xaricdə olan diasporu çox güclü şəkildə işləyir. Eyni zamanda Ermənistanın daxildən olan müxalifət də məsələyə başqa cür yanaşır. Bütün bunlara görə də Ermənistan hələ bir müddət də Zəngəzur məsələsi ilə baş qatacaq.

Hafiz Hacıyev: “Ermənistan hələ bir müddət də Zəngəzur məsələsi ilə baş qatacaq”.

Zəngəzur və Laçın dəhlizi məsələsinə Azərbaycanın prezidenti Brüsseldə aydınlıq gətirdi və qarşıya məqsəd qoydu. Bu məqsədə nə qədər nail olmağımızı isə zaman göstərəcək. Hələ ki, Azərbaycanın xeyrinə olan məsələlərin hamısı sual altındadır.

– Avropa İttifaqının prezidenti Şarl Mişelin təşəbbüsü ilə  Azərbaycan  və Ermənistan liderləri görüşdü. Bu görüşü necə dəyərləndirərdiz?

Bu görüşdən sonra  Azərbaycanla Ermənistan arasında sülhə gedən yolu aça  bilərmi?

– Hələ ki, bir görüşlə nəyəsə nail olmaq mümkün deyil. Məlumdur ki, Ermənistan bütün məsələlərdə birbaşa Rusiyanın tapşırığını yerinə yetirir. Düşünürəm ki, Brüsseldə olan görüşləri  Rusiya prezidenti Azərbaycan prezidenti ilə ciddi şəkildə müzakirə edəcək.

Əlbəttə ki, İlham Əliyevin Brüssel səfəri uğurlu səfərdir. Bu uğuru davam etdirmək və Ermənistanı dünya ictimaiyyəti qarşısında fakt qarşısında qoymaq lazımdır. Brüssel səfərində əldə olunan uğuru doğrultmaq üçün bundan sonra da böyük işlər görmək lazımdır. Bunun üçün düşünürəm ki, ölkə daxilində milli birliyə nail olmalıyıq. Biz ölkədə insan haqlarını qorumasaq, məhkəmələrdə qanunların icrasını tam müstəqil şəkildə həyata keçirməsək indiki danışıqlar da 30 il davam edəcək.

Hafiz Hacıyev: “Brüssel görüşündən sonra Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi açıqlamalardan görünür ki, Ermənistan yenə qaçmaq istəyir”.

Nə qədər ki, Azərbaycanın bayrağı Xocalıda, Xankəndində dalğalanmayıb, rus işğalçıları Azərbaycandan getməyib istərsən Brüsseldə, istəsən Vaşinqtonda görüş keçirilir-keçirilsin heç bir əhəmiyyəti olmayacaq.

Şarl Mişel problemlərin həll olunacağı ilə bağlı yaxşı sözlər deyib. O cümlədən vaxtı ilə bizə hədə-qorxu gələn Fransanın prezidenti Azərbaycan dilində status yazıb. Buna baxmayaraq nə qədər ki, Xankəndində konstitusiya uyğun qonunlarımız qoyulmayıb, oradan onların qoyduğu heykəllər yığışdırılmayıb, nə qədər ki, öz torpaqlarımızda müstəqil şəkildə gəzə bilmirik məsələlər belə də davam edəcək.

Prezident çalışır ki, bütün məsələlər Azərbaycanın xeyrinə həll olunsun. Amma prezidentə də Azərbaycan xalqının mənəvi, siyasi dəstəyi lazımdır. Bu dəstəyi təşkil etmək üçün partiya olaraq bütün gücümüzlə çalışırıq.

Hafiz bəy, Aİ-nin təşəbbüsü ilə keçirilən görüşün nəticələrinə dair Azərbaycanın haqlı mövqeyini təsdiq edən bəyanat qəbul olundu. Bu bəyanata Ermənistanın riayət etməsini gözləyirsiniz? Yoxsa bu bəyanat da 10 noyabr və 11 yanvar bəyanatları kimi demək olar ki, nəticəsiz qalacaq?

– Bəli, Brüssel görüşündən əvvəl də Azərbaycan və Ermənistan arasında görüşlər keçirilib və bəyanatlar verilib. Amma düşünürəm ki, Brüssel görüşündə verilən bəyanat ciddi bəyanatdır. Deyəsən, bu bəyanatı kağız üzərində qalmayacaq. Düzdür Brüssel görüşündən sonra da Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi açıqlamalardan görünür ki, Ermənistan yenə qaçmaq istəyir.

Qeyd edim ki, interpolun axtarışından olan Ayrekyan Ermənistana gələn kimi baş nazirin qəbuluna getdi. Aydındır ki, ona təlimatlar verilər. Yenə təxribatlar olacaq. Buna görə də düşünürəm ki, bəyanatların əksəriyyətinin həyata keçirilməsi Azərbaycan prezidentinin və xalqının iradəsindən asılıdır. Allah eləsin verilən bəyanat həyata keçirilsin və xalqımızın problemləri tezliklə həll edilsin.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 5]

Back to top button