Cəmiyyət

“MEDERA-da niyə disk yoxdur? Niyə o diski mən tapmalıyam?”-PROFESSORDAN İRAD

Tanınmış tətqiqatçi-alim,filologiya elmləri doktoru,professor Ramiz Əskər “Medera” hospitalda tibbi müayinədə olarkən, qarşılaşdığı aşağı səviyyəli xidmət barəsində öz şəxsi facebook səhifəsində geniş şərh yazıb.

Şərhi “Analoq.az”saytı olduğu kimi oxuculara təqdim edir:

MEDERA – KOLXOZ KLİNİKASI? Bakıda ən populyar tibb ocaqları arasında MEDERA mühüm yer tutur? Mənə də elə gəlirdi, ta ki bugün oraya getməli oldum. M.Topçubaşov ad. xəstəxanadan məni MEDERA-ya göndərdilər və ka-tedən keçdim. Proses bitdi və mənim iynə ilə deşilmiş qoluma bir çəngə pambıq basdılar. Bu ancaq kolxoz klinikasında ola bilər. Utandığımdan bir şey demədim. Bir az gözlədim ki, damarların vəziyyətini diskə yazıb versinlər və mən həmin diski öz həkimimə tədqim edim. Heyhat! Məlum oldu ki, qosqoca MEDERA-da disk yoxdur. Dedilər ki, bizdə yoxdur, siz tapın. Bu istidə, o coğrafiyada, xəstə adam, mən necə tapım? MEDERA-nın rəhbəri Lalə xanıma müraciət etdim. Pambığı göstərdim və diskin yoxluğunu bildirdim. Xanım çox əsəbiləşdi (mənə yox, öz işçilərinə), tez gəlib pambığı mədəni bir şeylə (tibbi adını bilmirəm) dəyişdilər. Xanım dedi ki, disk var, ancaq bu kompüterə düşmür, lazımi disk tapıb yazarlar, mən də sonra gəlib apararam. Məlum oldu ki, mən buraya bir də gəlməliyəm. Mən qəti etiraz etdim və dedim ki, yazın, sonra M. Topçubaşov adına xəstəxanaya göndərin. “Olar”-dedi. Mənim bunlardan gözüm su içmədi, yarım saat keçdi, gördüm ki, bunlar tərpənmirlər. Topçubaşov adına xəstəxanadan disk gətizdirib yazdırdım və o koxozu bir daha ziyarət etməmək şərtilə tərk etdim. İndi tibb ictimaiyyəti məndən inciyəcək ki, koronovirusun tüğyan elədiyi bu günlərdə, həkimlərimizin fədakarlıqla çalışdığı bu dövrdə mən kiçik bir çatışmazlığı ictimailəşdirirəm və vətən təbabətinin milli iftixarı olan MEDERA-nın ticari və tibbi reytinqinə ziyan vururam. Qoy incisin. MEDERA-da niyə disk yoxdur? Niyə o diski mən tapmalıyam? Niyə mən oraya bir də gəlməliyəm? Bəs niyə mən ona 230 manat pul ödəyirəm? Niyə MEDERA üzr istəmir? Belə şeylər kolxozlarda mümkündür. MEDERA bilməlidir ki, müştəri həmişə haqlıdır. Bu, xaricdə və mədəni ölkələrdə qəbul edilmiş əsas prinsipdir! Bunu kolxozlarda bilməzlər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button