İdman

Silva və Kavani PSJ-dən getmir

PSJ-nin müdafiəçisi Tiaqo Silva və hücumçu Edinson Kavani müqavilələri bitdikdən sonra bir müddət də heyətdə qalacaqlar.

Analoq.az xəbər verir ki, oyunçular Çempionlar Liqasında komandaya kömək etməyi düşünürlər.

Yaxın zamanda PSJ-nin idman direktoru Leonardo Silva və Kavaninin bu ay müqavilələrinin bitdiyini və mövsümün sonunda komandanı tərk edəcəklərini açıqladı. O, buna rəğmən, klubun futbolçuları avqusta qədər saxlamaq istədiyini vurğulayıb. Buna səbəb Paris təmsilçisinin ÇL-də oyunlarının davam etməsidir.

Təcrübəli futbolçuların bu istəyə hansı cavab verəcəkləri maraqlı idi. Bu gün isə təcrübəli oyunçuların komandaya kömək edəcəkləri bildirilib. Daha sonra Silva və Kavaninin özlərinə yeni komanda tapacaqları vurğulanıb.

Qeyd edək ki, Çempionlar Liqası “səkkizlər finalı” formatında Portuqaliyanın Lissabon şəhərində keçiriləcək.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button