Sağlamlıq

Peyvənd olunanların nəzərinə: İynənin vurulduğu yerdə 72 saat ərzində… – VİDEO

Peyvənd vurdurduqdan sonra heç bir əlamət ortaya çıxmayan şəxslərdə peyvəndin effektivliyi nisbətən aşağı olur”.Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında TƏBİB nümayəndəsi Fərrux Sədirov deyib:

“Bu günədək peyvəndlənən insanlarda birbaşa peyvəndlə bağlı olan hansısa yan təsir olmayıb.

Ölkəmizdə tətbiq edilən “CoronaVac” peyvəndinin 18 yaşdan aşağı şəxslərə, peyvəndə və onun komponentlərinə qarşı ciddi allergik reaksiyaları olan insanlardan başqa heç kəsə əks təsiri yoxdur.

Vətəndaşlar bəzən peyvəndlə bağlı olmayan reaksiyaları da onunla əlaqələndirməyə meyillidirlər. Portağala, şokolada və s. qidalara allergiyası olmaq peyvənd üçün əks göstərici deyil. Normal fizioloji proseslər də yan təsir olaraq qəbul edilməməlidir.

Məsələn, iynənin vurulduğu yerdə 72 saat ərzində lokal qızarıqlıq, bədəndə yüngül hərarət, əzələ ağrısı və halsızlıq ola bilər.

Bunlar orqanizmin peyvəndə verdiyi cavab və immunitetin yaranması mərhələsidir. Bu əlamətlər normaldır”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button