Ölkə

TƏBİB: “Həftəsonu qapanma günlərində istədiyimiz nəticəni əldə edə bilmədik”

“Ötən gün yeni yoluxma sayının artdığını gördük. Bununla da aktiv xəstələrin sayında da artım müşahidə olunur. Təəssüf ki, itirdiyimiz xəstələrin sayı da artır”.

Analoq.az xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

“Bu statistikanın nəticəsi olaraq karantin rejimi avqustun 1-dək uzadıldı və bir neçə şəhər və rayon üzrə sərt karantin rejiminin tətbiqinə qərar verildi. Təəssüflə qeyd etmək istəyirəm ki, tətbiq etdiyimiz qısa qapanma (həftəsonu) günlərində istədiyimiz nəticəni əldə edə bilmədik”, – o bildirib.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button