Ölkə

“Yaxın aylarda, bəlkə də illərlə bizim maskasız həyatımız olmayacaq”

“Bu gün koronavirusu müalicə edən dərman yoxdur”.

Analoq.az xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinı görə, maska taxmaq həyat ətrzinıə çevrilməlidir:

“Maska taxılması artıq yeni həyat tərzimiz olmalıdır. Bu, insanların özünü qoruması üçün vacibdir. Hər bir insan həkimlərə, hansısa dövlət strukturuna görə yox, özünü, yaxınlarını qorumağa görə maskadan istifadə etməlidir. Yaxın aylarda, bəlkə də illərlə bizim maskasız həyatımız olmayacaq. Biz yumşalmaya doğru getmək istəyirik, burada heç bir çətin qayda yoxdur. Eyni zamanda fiziki məsafəyə ciddi əməl edilməlidir, əl gigiyenası, qapalı yerdə bir yerə toplaşma, bu insanların özünə ziyandır. Virus sərhəd, sosial təbəqə, yaş tanımır. Bugünkü COVİD-19 xəstələri SARS və digər xəstəliklərdən çox fərqlənir. Virusun mutasiyası davam edir. Bugünkü xəstəlik daha ağırdır. Artıq asimptomatik xəstələr çox azdır”.

Teqlər
Daha çox
Back to top button
Close