Gündəm

Gənc tədqiqatçı FƏTƏLİ XAN XOYSKİNİN MÜDAFİƏSİNƏ QALXDI

"Sizə tövsiyə edirəm ki, reytinq xatirinə belə mənasız başlıqlar atan əməkdaşlarınız haqqında ciddi tədbirlər görəsiniz"

Görkəmli dövlət xadimi, Azərbaycan Cumhuriyyətinin qurucularından biri Fətəli xan Xoyski haqqında ötən günlərdə gedən məqaləyə münasibət bildirən gənc tətqiqatçı Kənan Həmzəoğlu Analoq.az-a bildirib ki,xəbər saytlarının bir neçəsində səviyyəsiz bir xəbər başlığı ilə rastlaşdım.

Həmin başlıq belə idi: “Rəhbərliyi dövründə İrəvanı əldən verən, neftlə bağlı qanunsuz əməllərə görə istefaya gedən, küçədə güllələnən Baş nazirimiz”.Əvvəla qeyd edim ki, İrəvanı Xoyski əldən verməyib.Bu Milli Şuranın qərarı idi.Həmin vaxt Azərbaycan parlamenti mövcud olmadığı üçün qanunverici orqan Milli Şura idi.Xoyski isə icraedici orqanın – hökumətin başçısı idi.Neftlə bağlı məsələyə gəlincə, yazının müəllifi özü qeyd edir ki, neftlə bağlı qanunsuz əməllərdə Xoyskinin yox, hökumətin bəzi nümayəndələrinin əli olub.Sonda onun qətli ilə bağlı məsələyə toxunmaq istəyirəm.

Bildiyimiz kimi, onu Tiflisdə küçənin ortasında qətlə yetirənlər Daşnaksütun partiyasının üzvləri Aram Erkanyan və Misak Qriqoryan idi.Fətəli xan Xoyski ermənilər üçün küçədə öldürdükləri azərbaycanlı nazir kimi yadda qalıb.

Yazı başlığınızdan görünən odur ki, sizin yaddaşınızda da o “küçədə güllələnən” biri kimi qalıb.

Kənan Həmzəoğlu daha sonra qeyd edib ki,”Mən buradan bəzi saytların rəhbərliyinə səslənirəm. Sizə tövsiyə edirəm ki, reytinq xatirinə belə mənasız başlıqlar atan əməkdaşlarınız haqqında ciddi tədbirlər görəsiniz.Əks təqdirdə cəmiyyətin nifrətini qazanacaqsınız və reytinqiniz heç olmadığı qədər aşağı düşəcək”.

Analoq.az

Daha çox
Back to top button
Close