Kateqoriyasız

GUYS – Just Speechy

Əziz Gənclər!
Gəncliyə Dəstək üçün Ümumi Birlik ( GUYS ) “JUST SPEECHY” müsabiqəsi ilə qarşınızdadır!

Karantin günlərini necə səmərəli keçirib inkişaf edək? Hamı üçün vacib və əsas məqsədlərdən biri dil biliyimizi inkişaf etdirməkdir. Elə isə dil biliyinizi, danışıq səviyyənizi yoxlamağa nə deyirsiniz?

Bildiyimiz kimi xarici dillər vasitəsilə ünsiyyət qurmadıqca müəyyən müddətdə artıq dil biliyimizdə geriləmələr olur.
Bu müsabiqə sayəsində İngilis dilində danışıq səviyyənizi daha da inkişaf elətdirəcəksiniz.
Müsabiqənin əsas məqsədi gəncləri bu cür layihərə cəlb edərək İngilis dili biliklərini daha da inkişaf etdirmək və qiymətləndirməkdir.
İndi isə layihənin formatı ilə tanış olaq⤵️
1️⃣. Qeydiyyat Formu- Bu mərhələdə iştirakçılar özləri haqqında müəyyən məlumatları qeyd edəcək.
2️⃣.Müsahibə mərhələsi- Qeydiyyat Formunu uğurla dolduran gənclər müsahibə mərhələsinə dəvət alacaq. Burda isə dəvət alan gənclərin danışıq tərzi, özünü təqdim etmə bacarığı və s nəzərə alınacaq.
3️⃣. Təqdimat mərhələsi- Sonuncu mərhələ və müsabiqənin maraqlı hissəsi. İştirakçılar sərbəst mövzu ilə təqdimat edəcəklər.
Qiymətləndirməni dəyərli münsiflər heyəti ONLİNE edəcək.
İlk 3 yeri tutan iştirakçılar müxtəlif dəyərli hədiyyələr və sertifikatla mükafatlandırılacaq.

Müsabiqəyə müraciət üçün aşağıda qeyd edilən linkdən istifadə edə bilərsiniz:
https://docs.google.com/forms/d/e/1FAIpQLSc77bxgiRrcFggeH6y6Cid85WK0pXw-V1XH5N5o5RrmXWjo7w/viewform?usp=sf_link

Son müraciət tarixi: 24 iyun 18:00

Qeyd: Müsahibənin bütün mərhələləri ingilis dilində keçiriləcək.

Teqlər
Daha çox
Back to top button
Close