Manşet

Oxu və Paylaş

Dəyərli Gənclər!
Karantin günlərini daha maraqlı və əyləncəli keçirmək istəyənlərin nəzərinə. GUYS “Oxu və Paylaş” layihəsi ilə qarşınızdadır.

Biz kitab oxumağı sevirik amma oxuduqdan sonra kimləsə bunları  müzakirə edə bilməməyimiz  bizi məyus edir . Ən maraqlı hekayələri, hadisələrin A-dan  Z-yə boyut dəyişdirməsi, hətta məhkumun qurtulacığını zənn edib, edam edildiyini görəndə nə hisslər keçirdiyinizi də bilirik. Bəs biz oxuduqlarımızı paylaşsaq necə? Hətta bununla kifayətlənməyib onları şərh etsək? Möhtəşəm olar.

Elə isə gəlin yarışımızın şərtləri ilə tanış olaq ⤵️
1) 10 gün müddətində istədiyiniz üç kitabı bitirmək;
2) Hər kitab haqqında minimim 15 cümləlik esse yazmaq;
3) Seçilən iştirakçılarla zoom üzərindən görüş olacaq və bu zaman onlar hər kitaba 3-9 dəqiqə zaman aralığında kitab haqqında şərhlərini səsləndirəcəklər.

Qalib öz şərhinə və təqdimat bacarığına əsasən seçiləcək. Həmin iştirakçıya @retro.zamani səhifəsindən  dəyərli  hədiyyələrimiz olacaq.
Hədiyyələrimiz: 1kitab, 1plak və bir çanta pikap üçün 20 %-lik ENDİRİM kupunu
Bununla siz həm kitab oxumaq üçün özünüzə zaman qoymuş və  oxuduqlarınızı digərləri ilə paylaşma şansını əldə etmiş olacaqsız✌️

✒️ Qeydiyyat üçün 0558601870 nömrəsinə ad soyad göndərməyiniz kifayətdir.

Yarış üçün zaman 19-29 iyun 18:00

Esselərin göndərilməsi üçün zaman 29 iyun-1 iyul 18:00

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button