Dünya

COVİD-19-a yoluxanların sayı 21 minə yaxınlaşdı-SON DƏQİQƏ

Nigeriya Xəstəliklərə Nəzarət Mərkəzinin direktoru Çikve İhekveazu mətbuat mənsublarına verdiyi açıqlamada qeyd edib ki, “COVID-19”un 36 əyalətə, həm də paytaxt Abujaya yayılıb və yoluxanların sayı 21 minə yaxındır.

Analoq.az Türkiyə mətbuatına istinadən məlumat verir ki, Çikve İhekveazu ölkədə son 24 saatda daha 7 nəfərin ölümü ilə həyat itkisinin 525-ə yüksəldiyini və sağalmış xəstələrin sayının 7109 olduğunu söylədi.
Xatırladaq ki, Afrikada “COVID-19”a yoluxanların sayıc 318000-i keçib, 8371 nəfər ölüb.

Aynurə Niyazqızı

Analoq.az

Daha çox
Back to top button
Close