Sağlamlıq

“Covid-19” haqqında bilmədiyimiz dəhşətli faktlar

Mütəxəssislərin fikrincə, “COVID-19″ virusuna yoluxan hər üç xəstədən biri ömrü boyu ağciyər zədələnməsi, xroniki yorğunluq və psixoloji pozğunluqlardan əziyyət çəkə bilər.

Həkimlər qeyd edir ki,koronavirusdan müalicə olunanların 30 faizində gələcəkdə ağciyərlərdə fibroz ocaqlarının əmələ gəlmə ehtimalı ola bilər.

Analoq.az xəbər verir ki,koronovirusa yoluxmuş xəstələrin yarıdan çoxu ömürlük fiziki, idrak və psixoloji əlilliklərlə üzləşə ,” Covid-19″ -dan tam sağalanların 70 faizi həssas pozğunluqdan əziyyət çəkə bilər.

Elm adamları koronavirusun Alzheimer xəstəliyinin inkişaf ehtimalını artaraq beyinə zərər verə biləcəyini də ehtimal edirlər.

Qeyd edək ki,Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) mart ayının 11-dən “COVID-19” xəstəliyinə səbəb olan yeni bir koronavirus pandemiyasının SARS-CoV-2-nin başlandığını elan edib.

Aynurə Paşayeva
Analoq.az

Daha çox
Back to top button
Close