Dünya

Qırmızı meydanda Qələbə Paradı baş tutdu

Analoq.az xəbər verir ki,koronavirus pandemiyasının yayılması səbəbindən keçirilməsi təxirə düşən 9 May Qələbə Paradı bu dəqiqələrdə Moskvanın Qırmızı meydanında baş tutub.

24 iyuna təyin olunan Qələbə Paradının məhz bu günə salınması da təsadüfi deyil.

Qeyd edək ki,24 iyun 1945-ci ildə Sovet İttifaqı marşalı Konstantin Rokossovskinin əmriylə keçirilən paradı Sovet İttifaqı Ali Baş Komandanının müavini Georgi Jukov qəbul etmişdi.

Xatırladaq ki,bu gün keçirilən paradda Azərbaycan Silahlı Qüvvələri də iştirak edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button