İqtisadiyyat

Rusiyalılar valyutanı banklara qaytarırlar

Rusiyada ilin əvvəlindən ilk dəfə olaraq xarici valyuta əmanətlərinin həcmində artım yaranıb.Buna görə də may ayında rusiyalılar xarici valyutalarını banklara qaytarmağa başlayıblar.

Analoq.az xəbər verir ki, rusiyalılar ardıcıl dörd ay banklardan valyuta götürdükdən sonra bir ay ərzində xarici valyutadakı əmanətlərdəki vəsaitlərin ümumi miqdarı 0,8 % artaraq 721,1 milyon dollara qədər artıb, 1 iyun tarixində isə xarici valyutada əmanətlərin həcmi 88,97 milyard dollar təşkil edib. May ayında 0,4 % 92,14 milyard rubl azalıb.

Xatırladaq ki, rublun ucuzlaşması və maliyyə bazarlarının düşməsi ilə 2020-ci ilin aprelinə görə, ruslar hesablardan 2019-cu ildə yığılan valyutanın demək olar ki, hamısını çıxardıblar.

Aynurə Niyazqızı

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button