Siyasət

Rusiya: “ABŞ 200-ə yaxın atom bombasını 5 NATO ölkəsindən çıxarılmalıdır”

“ABŞ-ın NATO üzvü olan 5 qeyri-nüvə ölkəsində “B61” ailəsinə aid 200-ə yaxın atom bombası yerləşir”.
“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin Yayılmama və silahlanmaya nəzarət məsələləri üzrə idarəsinin direktoru Vladimir Yermakovla müsahibəsində bildirib.
“Biz israr edirik ki, NATO-nun birgə nüvə missiyası fəaliyyətini təcili olaraq dayandırmalı, Amerikanın nüvə silahları ABŞ-ın milli ərazilərinə qaytarılmalıdır. Onu infrastrukturunu və fəaliyyətini təmin edən qurumlar isə ləğv edilmədir. Bu, bizim ABŞ-a təhlükəsizliklə bağlı təkliflərimizdəndir”, – o deyib.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button