Şou

“Maska taxmaq üç-dörd il davam edəcək”-ƏDALƏT ŞÜKÜROV

“20-yə yaxın toyum təxirə düşüb. Nə vaxt keçiriləcəyi bəlli deyil. Ölkədə 600-ə yaxın şadlıq sarayı var. Orada nə qədər insan çalışır. İnsanların çox hissəsinin qazancı toydandır. Qab-qacaq yuyandan tutmuş, ev təmirinə, geyimə, operatora qədər hamı toydan qazanır”.

Analoq.az xəbər verir ki, bu sözləri Əməkdar artist Ədalət Şükürov İTV-də “Sabahın xeyir Azərbaycan” proqramında deyib. Müğənni pandemiya ərəfəsində təxirə düşən toylarından danışıb:

“Əvvəlki yaşayış olmayacaq. Başqa bir ərəfə olacaq. Maska taxmaq üç-dörd il davam edəcək. Həyat olacaq tam fərqli.

Toy qiymətlərinə də təsir edəcək. Tək müğənnilər yox, hamı bunu nəzərə alacaq. Dörd aydır iş yoxdur. Avqustun 1-nə qədər deyilib, amma bilinmir onda açılacaq, ya yox”.

Aparıcının “Yəqin müğənnilər qiymətə 50 faizə qədər endirim edərlər” sözlərinə “O da ola bilər” cavabını verib. (Axşam.az)

Analoq.az

Analoq.az

Daha çox
Back to top button
Close