Ədəbiyyat

“Nə yaxşı doğuldum gözəl Laçında”-SEVİNC RZA LAÇINLI

Başında duvağı gəlin sayağı
Yayı da, qışı da zirvəsindədir.
Baxdıqca doymursan bu gözəllikdən.
Cənnətin eynisi yer üzündədir.

Tanrı heç nəyini əsirgəməyib,
Yaradib xoş günün xoş saatında
İnsanın ömrü də uzanar əlbət.
Yaşasa ömrünü gözəl Laçında.

Daşlardan süzülən şəlaləyə bax.
Buna mümkündürmü heyran olmamaq?
Gəlsə bu yerlərə yazmaqdan qonaq.
Hörmət görəcəkdi əzəl Laçinda.

Qantəpər,kəklikotu, quzuqulaqı.
Təbiət gülləərdən toxuyub xalı.
Yarpızda boy atıb kəhriz qıraqı.
Nə yaxşı doğuldum gözəl Laçında.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button