İqtisadiyyat

Türkiyədən Azərbaycana ixracat bu il artıb

Bu ilin mart- may aylarında pandemiya dövründə Türkiyə ixracatına ən çox dəyər artıran ölkələr İsveçrə, Azərbaycan və Venesuela oldu.

Analoq.az xəbər verir ki, Türkiyə İxracatçılar Birliyi bildirib ki, bu il keçən illə müqayisədə ixracatda 33,1 % azalma müşahidə olunub.

2019-cu il ilə müqayisədə İsveçrəyə ixracat 42,3 milyon dollar artaraq 260.9 milyon dollara, Azərbaycana edilən ixracat 36.3 milyon dollar artaraq 429.4 milyon dollara və Venesuelaya 27.9 milyon artaraq 50.9 milyon dollara qədər yüksəlib.

Qeyd edək ki, ixracatda ən yüksək azalma olan ölkələr İtaliya, Almaniya, İspaniya, Fransa, İngiltərə, İraq, İran, Səudiyyə Ərəbistanı, ABŞ və Rumıniya olub.

Aynurə Niyazqızı

Analoq.az

Daha çox
Back to top button
Close