Cəmiyyət

İctimai birliyin üzvləri karantin qaydalarını belə pozdular-FAKT

Respublika ərazisində Sərtləşdirilmiş karantin elan olunduğu bir vaxtda hələ də bunlara əməl etməyən şəxslər mövcuddur.

Analoq.az-a daxil olan məlumata görə “Soydaş” İctimai Birliyinin üzvləri sosial məsafə gözlənilmədən, maskasız qapalı yerdə qanuna və sərtləşdirilmiş karantin qaydalarına zidd iclas keçirib.

Ölkə Başcısı bütün çıxışlarında qoruyucu maskadan istifadə edilməsini vacib saydığı halda,dövlət qulluqçularını,icra hakimiyyəti başcılarını internet resursları vasitəsi ilə qəbul edir.

“Soydaş” İctimai Birliyi isə xüsusi karantin rejimini,ölkə başçısının maarifləndirici çıxışını görünür heçə sayır,görməzdən gəlir.Hələ bu azmış kimi özlərini və xalqı təhlükəyə atırlar.Yaratdıqları təhlükəni də sosial şəbəkələrdə paylaşaraq təbliğ edirlər.

Əslində onların əsas vəzifələrindən biri də mövcud vəziyyətdə xalqa çağırış edərək dəstək olmaqdır.Onlar isə sərtləşdirilmiş karantin qaydasında belə iclaslarından qalmırlar.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button