Ölkə

Videosu yayılan poçt əməkdaşları danışdı

Bu gün sosial şəbəkələrdə avtomobil idarə edən qadının və 2 rəfiqəsinin polis postlarının birindən yoxlanılmadan keçmələrini əks etdirən görüntülər paylaşılmışdı.

Həmin görüntülər dərhal tərəfimizdən araşdırılmış və məlum olmuşdur ki, həmin sürücü İranə Əhmədova və 2 rəfiqəsi Mərdəkan qəsəbə sakinləridir.

O da müəyyən edilmişdir ki, məsələ heç də qadınların videoda səsləndirdikləri kimi deyil. Onlar Mərdəkan qəsəbəsində yerləşən poçt şöbələrindən birinin əməkdaşlarıdırlar və icaze.e-gov.az portalında icazələri mövcuddur.

Gündəlik olaraq həmin postdan keçdikləri üçün polis əməkdaşları onları tanıyırlar və bilirlər ki, poçt işçiləri olaraq onların sərbəst hərəkətinə icazə verilib. Odur ki, saxlamayıblar.

Həmin qadınlar Xəzər Rayon Polis İdarəsinə dəvət edilmiş və profilaktik söhbət aparılmışdır. Onlar bu hərəkətlərini sosial şəbəkə izləyiciləri arasında böyük nüfuza malik olduqlarını göstərmək üçün paylaşdıqlarını bildirmiş və bu əməllərindən peşman olduqlarını qeyd etmişlər.

Analoq.az

Daha çox
Back to top button
Close