Gündəm

17 gündür itkin düşən uşağı görsəniz məlumat verin

Kürdəmir rayon Şahsevən kənd sakini Aslan Mahmud oğlu Abdullayev iyunun 20-də evdən cıxıb və bir daha geri qayıtmayıb.Analoq.az “Report”a istinadən bildirir ki, 17 gündir itkin düşən 2002-ci il təvəllüdlü A.Mahmudovun valideynləri Daxili İşlər Nazirliyinin (DİN) 102 xidmətinə məlumat veriblər. Bununla bağlı rayon polis şöbəsində əməliyyat axtarış qrupu yaradılıb.
İtkin düşən 14 yaşlı şəxsin əlamətləri belədir: boyu 1.5 metr, gözləri şabalıdı, arıq bədən quruluşlu, sifətinin sağ tərəfində xalı var.

Bu şəxsi görənlərdən 070 726-26- 44 nömrəsinə məlumat vermələri xahiş olunur.
Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Daha çox
Back to top button
Close