Kateqoriyasız

Ümumdünya Balıqçılar günündə Saatlıda balıqlara terror -VİDEO

27 iyun bütün dünyada Ümumdünya Balıqçılıq Günü kimi qeyd olunur. Həmin gün 1984-cü ildə Romada keçirilən Balıqçılığın tənzimlənməsi və inkişafı üzrə Beynəlxalq konfransın qərarı ilə təsis edilmişdir.

Demək olar ki,bu gün dünyanən əksər ölkələrində balıqçılıq insanların ən sevimli məşğuliyyətinə çevirilib. Planetin müxtəlif yerlərində yaşayan müxtəlif insanlar həyatları boyu ən azı bir dəfə də olsa tilovla,torla balıq ovuna gedib.

İnsanların sevimli məşğuliyyəti olan balıqçılıq ölkəmizdə də böyük populyarlığa malikdir.

Bəs balıqçılıq hansı səviyyədə inkişaf edib.Bu tamamilə başqa mövzudur.

Saatlı rayonu Minbaşılı kəndindən redaksiyamıza göndərilən video Ümumdünya Balıqçılar günündə bizi bu yazını yazmağa vadar elədi.Rayonda suya təkcə rayon və kənd sakinləri deyil,balıqlar da həsrət qalıb.

Rayon rəhbərliyinin səlahiyyətlərini müvəqqəti icra edən İcra başçısının birinci müavini İlham Quliyev və kənd bələdiyyəsindən yaranmış problemlə bağlı məlumat almaq istəsək də buna nail ola bilmədik.

Analoq.az

Daha çox
Back to top button
Close