Köşə

57 dəfə 102-yə zəng edən şəxs Lerikin icra başçısından da şikayətçi olub-VİDEO

Bir neçə gün öncə sosial şəbəkələrdə Daxili İşlər Nazirliyinin 102 xidmətinə 57 dəfə şikayət ünvanlayan vətəndaşın polis əməkdaşıyla olan səs yazısı yayılmışdı.

Analoq.az xəbər verir ki,sosial şəbəkə istifadəçiləri tərəfindən maraqla qarşılanan Elxan Mirzəyev barəsində “Space” televiziyasının efirində yayımlalan “Olar olmaz” verilişində süjet yer alıb.

“Space” televiziyasının əməkdaşı Lerik rayonunda yaşayan Elxanla görüşüb ondan müsahibə alıb.

Elxan müsahibəsində qeyd edib ki, birinci növbədə məsuliyyətli vətəndaş olmalıyam. 57 dəfə təkcə Bakı şəhəri üzrə “102” xidmətinə şikayət edən Elxan bildirib ki, respublika üzrə, bəlkə, 257 şikayət edib.

Araşdırmaçı-jurnalist olan Elxan eyni zamanda fəal heyvansevərdir.

Lerik rayonunun icra başçısının yaxın dostu olduğunu və ondan da şikayətçi olduğunu bildirən Elxan müsahibəsində daha sonra bildirib ki, Lerik rayonunda meşədə ağac kəsimlərinə görə dəfələrlə şikayət edib və meşəyə kamera qoyulmasına nail olub.

“Atama demişəm ki, yolu düz keçməsən səndən də şikayət edəcəm. Sənə cərimə yazılsa, onu özüm ödəyərəm. Əmim yolu səhv keçdiyinə görə onu avtomobil vurub. İndi burada kimdir günahkar. Əmim, yoxsa onu avtomobillə vuran şəxs”- deyə müsahibəsində bildirib.

Analoq.az

Daha çox
Back to top button
Close