Gündəm

Paşinyan müharibə zamanı “iskəndər” raketindən istifadə edildiyini etiraf elədi..

İkinci Qarabağ müharibəsi zamanı Ermənistan Azərbaycana qarşı “İskəndər” raketindən istifadə edib.

Analoq.az qafqaz infoya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan etiraf edib.

O, bunu Ermənistanın üçüncü prezident Serj Sarkisyanın Azərbaycanla müharibənin 3-4-cü günündə nə üçün “İskəndər” raketindən istifadə edilməməsi ilə bağlı ittihamına cavab verərkən deyib.

“1in.am” saytına müsahibə verən Paşinyan etiraf edib ki, müharibədə əslində “İskəndər”dən istifadə olunub, amma raket partlamayıb:

“Bu ittiham yəqin ki, mənə ünvanlanıb. Ancaq düşünürəm ki, cavabını bildikləri sualları verməməlidirlər. Buyurub, cavab versinlər, atılan “İskəndər” niyə partlamadı, yaxud 10%-i partladı? Bəlkə o raket 80-ci illərin silahı idi?”, – deyə Paşinyan qeyd edib.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button