Köşə

“Bilmirəm, parlamentdə oturanlar nəyə əsaslanır”-İQTİSADÇI

İqtisadçı Samir Əliyev Milli Məclisin növbədənkənar sessiyasında maska taxmamağa görə cərimələrin ikiqat artırılmasından danışarkən deyib ki, qoyulan cəriməni ödəməyə belə insanların pulu yoxdur:

“İnsanlarla işləmək, onları başa salmaq əvəzinə yenə də inzibati yollara əl atırlar. Maskaları taxmamağa görə cərimələrin artırılması səhv addımdır, ciddi bir səmərə verməyəcək. Əhali sürücü deyil ki, avtomobilini əlindən alasan və ya hüquqi şəxs deyil ki, bank hesabını bağlayasan. İnsanların pulu ödəməyə imkanı yoxdur”.

Samir Əliyev qeyd edib ki, bundan əvvəl tətbiq edilən 50 manat da çox idi:

“Bəzən elə cəza halları olur ki, onu sərtləşdirəndə əks effekt verir. Bu dəfə də elə olacaq. Bilmirəm, parlamentdə oturanlar nəyə əsaslanır. Polislə əhali arasında gizlənpaç oyunu başlayacaq. Polis məcbur olub selektiv qaydada cərimə tətbiq edəcək, bu isə narazılıq yaradacaq”.

Samir Əliyev bununla bağlı təklif səsləndirib:

“Parlamentdə dəyişikliyə səs verənlərin 3 aylıq maaş və əlavələrini fonda yönəldib həmin vəsait hesabına əhaliyə pulsuz maska paylansın”.qaynarinfo.az

Analoq.az

Daha çox
Back to top button
Close