Cəmiyyət

İcra Başçısı subartezian quyularını sahibkarlara satıb?! – Əhali isə su gözləyir – İDDİA

Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyevin Prezident İlham Əliyevin əkin sahələrinin suvarılması, həmçinin əhalinin içməli suya olan təlabatının ödənilməsi üçün sərəncam verdiyi 10 ədəd subartezian quyusunu sahibkarlara satdığı iddia olunur.NOCOMMENT.az-a verilən məlumata görə, bu su quyularının biri rayonun Alekseyfka kəndi ərazisində yerləşən Məmmədov Məhəmmədhüseyn Baxış oğluna məxsuz şəxsi fermer təsərrüfatında qazılıb.

Əldə etdiyimiz məlumatalara görə sahibkar bunun üçün İcra Hakimiyyətinə 12 500 manat vəsait ödəyib.

Digər subartezian quyularından biri isə rayonun Birinci Nügədi kəndi ərazisində yerləşən, hələlik adı bizə məlum olmayan təsərrüfatlarının birinin ərazisində qazılıb.

Qeyd edək ki, ölkə başçısı bu barədə 02.04.2020-ci il tarixində verdiyi sərəncamla Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 700 000 manat pul ayırmışdı. Sərəncamda bu subartezian quyularının Qubanın əhalisi 33 190 nəfər olan 9 yaşayış məntəqəsində qazılması planlaşdırılmışdı.

Mövzunu diqqətdə saxlayacayıq.

Analoq.az

Daha çox
Back to top button
Close