Manşet

“1 dollardan milyonlara”

Gəncliyə Dəstək üçün Ümumi Birliyin (GUYS) təşkilatçılığı ilə yeni layihəyə start verilir!

“1 dollardan milyonlara” adlı yeni və fərqli layihəni sizlərə təqdim edir, hər birinizi iştirak edib biznes sahəsində öz sözünü demiş insanların təcrübəsindən yararlanmağa dəvət edirik!
Layihənin məqsədi – Biznes sahəsində düzgün addım atmağın yollarını tam şəkildə mənimsətməkdir.

Layihə aşağıdakı mövzuları əhatə edəcək;
1) Kiçik büdcə ilə xəyalınızdakı biznesi sahib olmağın yolları;
2) Uğurlu biznes üçün ilk addımı necə müəyyən edək?
3) Uğurlu biznes psixologiyası;
4) Biznesdə motivasiya amili;
5) Büdcəmizi uğurlu idarəetmənin sirrləri?
6) Kollektiv üçün hansı dəyərlər vacibdir?
7) Biznesin davamlılığını necə təmin etmək?
8) Layihəmizə ən yaxşı tərəfdaşı necə tapaq?
9) Risklərin idarəedilməsi;
10) Biznes bizə nə fayda verəcək ?

Layihə iştirakçıları sonda SERTİFİKATLA təltif ediləcək

Son müraciət tarixi: 5 iyul , saat 18:00

Unutmayın ki, bir çox böyük bizneslər kiçik büdcə ilə başlayıb.Onlar edibsə sizdə edə bilərsiniz!

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button