Ölkə

Daha bir məmur ailəsi ilə koronavirusa yoluxdu

Şəmkirdə vəzifəli şəxs və ailəsi koronavirusa yoluxub.

Analoq.az xəbər verir ki, Şəmkir rayon Təhsil Şöbəsinin müdiri Məcid Şıxlinksi və həyat yoldaşı, Cahangir Rüstəmov adına tam orta məktəbin direktoru, 1983-cü il təvəllüdlü Firuzə İmanova və onların orta məktəb şagirdi olan övladları da koronavirusa yoluxub.

Məlumata görə, vəziyyətləri yaxşıdır, buna görə də hazırda evdə təcrid olunaraq müalicələrini davam etdirirlər.

1951-ci il təvəllüdlü M.Şıxlinski əvvəllər C.Rüstəmov adına məktəbin direktoru olub.

Teqlər
Daha çox
Back to top button
Close