Ölkə

Neftçalada 2 yaşlı uşaq avtomobilin altında qalaraq ölüb

Neftçalada azyaşlı uşaq avtomobilin altında qalaraq ölüb.

Analoq.az xəbər verir ki, hadisə rayonun Xəzərkənd kəndində qeydə alınıb. Kəndə qonaq gələn, Masallı rayon sakini, 1983-cü il təvəllüdlü Təhməzov Cavanşir Bəyzadə oğlu özünə məxsus “Qazel” markalı avtomobili arxaya verərkən 2018-ci il təvəllüdlü Həsənli Əkbər Rəşad oğlu nənəsinin əlindən çıxaraq avtomobilə doğru qaçıb və maşının təkərləri altında qalıb. Təcili olaraq xəstəxanaya aparılan körpənin həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Teqlər
Daha çox
Back to top button
Close