Cəmiyyət

ƏƏSMN-də daha bir rüşvət qalmaqalı – “Makler”lər – SƏS yazısı

2011-ci ildən DSMF-nin sosial sığorta sektorunda məsləhətçi vəzifəsində çalışan Ramin Babayev müşahidə etdiyi qanunsuzluqlara dəfələrlə etiraz edib. Bu və yaxud digər səbəblərə görə rəhbərlik 2017-ci ilin dekabr ayında heç bir səbəb göstərmədən onu işdən uzaqlaşdırıb. Amma bir müddət sonra həmin qrumun sosial suğorta sektorunun müdiri vəzifəsində çalışan Həsrət Seyidov Ramin Babayevin iş həsrətinə son qoyub.

Müdirlə danışıb razılaşmışam. O da nazirlikdən müsbət cavab alıb. 3000 manat ver səni işə bərpa edək.

Ramin Babayev 3000 manatı Həsrət Seyidova verdikdən qısa bir müddət sonra işə bərpa edilir.

“Bütün ünvanlı sosial yardım təyinatları “makler”lər vasitəsi ilə təyin edilir. Bu işlərin başında isə İmran və Elçin adlı “makler”lər durur. Onlar adam tapıb gətirir və müəyyən rüşvət qarşılığında sosial yardım təyin edilir. Əgər son 1 il ərzində təyin edilən Ünvanlı Sosial Yardımlarla bağlı manitoring aparılsa hər şey üzə çıxacaq. Hər “makler” 50-100 nəfər arası vətəndaşın sənədlərini toplayaraq idarəyə gətirir və orada bu yardımlar təyin olunur”.

Ünvanlı Sosial Yardım alan Prado sahibi

Əmək pensiyası yaşı çatıb lakin əmək stajı olmayan vətəndaşlardan 1500-2000 manat civarında pul alaraq onlara saxta əmək hüququ yaratmaqda qrumun qanunsuz əməlləri sırasındadır. Bunu hansı yolla həyata keçirilməsi isə olduqca müəmmalıdır.

Məsələ ilə əlaqədar bütün bu rüşvət və qanunsuzluqlarda adı hallanan Həsrət Seyidovla əlaqə saxlayıb onun münasibətini öyrənməyə çalışdıq. Amma o suallarımızı dinləyib dəstəyi asdı.nocomment.az

Analoq.az

Daha çox
Back to top button
Close