Sağlamlıq

Azərbaycanda hamıya məcburi iynə vurulacaq, yoxsa… – KORONAVİRUS

Koronavirus pandemiyası yayıldığı gündən dünyanın nüfuzlu ölkələri və alimləri virusa qarşı peyvəndin hazırlanması istiqamətində çalışırlar.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) peyvəndin hazırlanması və tətbiqinin ilin sonuna çəkə biləcəyini bildirib.

Bəs, peyvəndlər hansı formada tətbiq ediləcək: mərburi, yoxsa könüllü?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən professor Adil Qeybulla bildirib ki, heç bir halda insana məcburi şəkildə peyvənd vurmaq olmaz:

“Peyvəndin hazırlanması, onun test edilməsi prosesi çox uzundur. Hələki peyvəndlə bağlı dəqiq bir məlumat yoxdur. Peyvənd tapılsın, üzərində araşdırılma aparılsın, daha sonra dəqiq nəsə demək olar. Amma hər bir halda peyvənd hazırlansa belə, onu məcburi heç kimə tətbiq etmək olmaz. Çox güman ki, peyvəndin vurulması könüllü şəkildə olacaqdır”.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat katibi Rəvanə Əliyeva məsələ ilə bağlı saytımıza açıqlamasında bu barədə danışmağın tez olduğunu bildirib:

“Dünyada peyvəndin hazır olacağı gözlənilir. Amma onun nə vaxt sınaqdan keçiriləcəyi və yaxud ölkəmizə nə vaxta gəlib çatacağı haqda dəqiq bir məlumat yoxdur. Yəni, hazırda bizdə bu gündəmdə deyil.Ona

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button