Redaktor seçimiSon dəqiqə

Gənc jurnalistin, polis övladının polislərə təbriki

Analoq.az Bakı Dövlət Universitetinin Jurnalistika ixtisasının Jurnalistika fakültəsinin 2-ci kurs tələbəsi Məmmədli Bikəxanımın Azərbaycan Polislər Günü ilə bağlı məktubunu sizə təqdim edir.

“2 iyul ailəmizdə önəmli olan bir tarixi gündür. Azərbaycan xalqı daxili işlər orqanının 102-ci il dönümünü qeyd edir. Bu tarixi valideynlərimin hər ikisi 30 ildən artıq peşə bayramı kimi qeyd edir. Onlar hələ ölkəmizin ən çətin zamanında – 1990-1994-cü illərdə vətənimizin keşiyində durublar. Mən Daxili İşlər Nazirliyinin rəhbərliyini, polis əməkdaşlarını, təqaüddə olan polislərimizi təbrik edir, onlara bu çətin, eyni zamanda qürurlu peşədə dözüm, can sağlığı arzu edirəm. Bu gün sizləri təbrik etməklə yanaşı, həyatımızda necə böyük rol oynadığınızı vurğulamaq istəyirəm. Mən gələcək jurnalist kimi bizim polislərimizə demək istiyirəm ki, biz sizin əziyyətinizi, əməyinizi, peşənizin çətinliklərini heç bir zaman unutmarıq. Ona görə ki, bayramlarda və bu çətin günlərdə polislərimiz öz ailəsindən kənar qalaraq mühüm göstərişləri, ciddi rejimin təyinatlarını icra edərək gücləndirilmiş iş rejimində bizi qoruyur. Bir vətəndaş kimi demək istəyirəm ki, hamı bayramlarda parklarda, istirahət ocaqlarında dincələrkən polislərin övladları nəvazişsiz və əyləncəsiz qalırlar. Vaxt olurdu ki bu olanlara görə valideynlərimdən inciyirdim. Mən Bakı Dövlət Universitetinin 2-ci kurs tələbəsi olaraq indi anlamağa başlamışam ki, bu qayğılardan məhrum olsam da, anam bizə əyləncə əvəzinə, elmə maraq, vətənpərvərlik öyrədib. Biz şahmat, 3 xarici dil, qalıqlı bölmə, vurma cədvəlini bildiyimizə görə 5 yaşında məktəbə getmişik. O var gücüylə çalışıb ki, vətəninə qulluq etməklə yanaşı, eyni zamanda vətənə layiqli vətənpərvər övladlar yetişdirsin. Bu günlərdə çoxlarından eşidirəm ki, bezmişik sms göndərməkdən, maska taxmaqdan. Mən, bacım və qardaşım 3 aydan çoxdur ki, ana qucağına, nəvazişinə həsrət qalmışıq. Çünki anam qorxur ki, özü də bilmədən bizi virusa yoluxdura bilər. Bir sözlə bu çətin yolda xalqımıza həmrəy olmağı arzu edirəm. Güc birlikdədir. Mən mərd və nümunəvi polis əməkdaşlarının qarşısında baş əyirəm”.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button