Ölkə

Millət vəkili polisləri təbrik etdi

Milli Məclisin deputatı Jalə Əhmədova 2 iyul Polis günü münasibətiylə Azərbaycan Polisini təbrik edib.Analoq.az millət vəkilinin bayram təbrikini olduğu kimi təqdim edir:

Əzizlərim!

Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla hər il iyulun 2-si Azərbaycanda Polis Günü kimi qeyd olunur.

Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları artıq 102 ildir ki dayanmadan xidmətimizdədir. Bütün polis əməkdaşlarımızı təbrik edir, onlara bu çətin və şərəfli işdə uğurlar arzu edirəm.

Mövcud pandemiya dövründə bir neçə peşə sahiblərinə nə qədər ehtiyacımızın olduğunu daha aydın anladıq. Onlardan biri də gecə-gündüz pandemiya ilə ön cəbhədə mübarizə aparan, ictimai asayişi qoruyan fədakar polislərimizdir.

Son zamanlar vətəndaşlarımız və polislərimiz üz üzə qaldı və kim haqlı ya kim haqsız deyə düşünməkdənsə gəlin bir birimizə hörmət edərək bu virusun ölkəmizdə geniş yayılmasına icazə verməyək. Nəzərə alın ki polislərimiz olmasa ölkədə xoşagəlməz elementlər çoxalar, təhlükəsizliyimiz pozular və yaşamaq çox çətinləşər.

Təşəkkürlər, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi!

Daha çox
Back to top button
Close