Siyasət

Ermənistan parlamentində türklərə qarşı nasist çıxış Ermənistan parlamentində türklərə qarşı nasist çıxış

“Bu gün Ermənistanda təkcə ermənilər deyil, həm də türklərin nümayəndələri yaşayırlar. Ermənistan bu gün hakim “Vətəndaş müqaviləsi” partiyasının timsalında düşmən tərəfindən işğal olunub”. “Qafqazinfo” xəbər verir ki, bu barədə noyabrın 25-də müxalifətin təşəbbüsü ilə parlamentdə keçirilən dinləmələrdə “Əriklər ölkəsi” partiyasının rəhbəri Zarui Postancyan nasist çıxışı zamanı bildirib.

Türklərə qarşı irqçi ifadələr səsləndirən Postancyan sözlərini belə davam etdirib: “Bu türklər də Milli Məclisin binasında oturub parlamentin iclas zalına baş çəkirlər. Onlar qoxusundan tanınırlar. Onlar düşmən kimi iy verirlər”.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button