Rəsmi xronika

Prezident cərimələri təsdiqlədi – SƏRƏNCAM

Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsinə dəyişikliyi təsdiqləyib.Analoq.az xəbər verir ki, bu dəyişiklik nəticəsində epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı cərimələr artırılıb.

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsində 211.1-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilir:

“fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir.”;

211.2-ci maddənin sanksiyası aşağıdakı redaksiyada verilir:

“fiziki şəxslər yüz manat məbləğində, vəzifəli şəxslər iki yüz manat məbləğində, hüquqi şəxslər dörd yüz manat məbləğində cərimə edilir.”;

211.3-cü maddənin sanksiyası aşağıdakı redaksiyada verilir:

“fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.”.

Analoq.az

Daha çox
Back to top button
Close