Ölkə

Tanınmış jurnalist, ictimai xadim Rəfail Becanovun doğum günüdür

Rəfail Becanov 2 iyul 1968-ci ildə Yardımlı rayonunun Odurağaran kəndində anadan olub. 1987-1989-cu illərdə Sovet Ordusunda hərbi xidmətdə olub. 1986-1993-cü illərdə Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alıb.

Eyni zamanda 1990-1992-ci illərdə ADAU-nun nəzdindəki İctimai Peşə Fakultəsində jurnalistika ixtisası üzrə təhsil alıb və ikiillik kursu bitirib.
Evlidir. 2 övladı var.

1989-cu ildən Azərbaycan Xalq Cəbhəsinin üzvü və Milli Azadlıq Hərəkatının fəallarından, Gəncə şəhərində tələbə hərəkatının liderlərindən olub. 1992-ci il dekabrın 12-də keçirilən Azərbaycan Respublikası Tələbələrinin 1-ci Qurultayının Təşkilat Komitəsinin üzvü və Qurultayın həmsədri olub.

1993-cü ildən jurnalistikadadır. 1993-1995-ci illərdə Azərbaycan Xalq Cəbhəsinin İnformasiya Mərkəzinin əməkdaşı olub. 1993-cü ildən “Cümhuriyət” qəzetinin müxbiri, 1997-ci ildən “Cümhuriyət” qəzetinin redaktoru işləyib. 2000-2003-cü illərdə Azərbaycan Xalq Cəbhəsi Partiyası (KXCP) mətbuat xidmətinin rəhbəri olub. 2003-2008-ci illərdə “Elçi” qəzetində redaktor vəzifələrində işləyib. 2008-2012-ci illərdə “Ölkə” qəzetinin baş redaktoru olub. 2006-cı ildən İnsan Hüquqları və Maarifçilik İctimai Birliyinin sədridir.

2007-2011-ci illərdə Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının Şura üzvü, 2012-2014-cü illərdə Qeyri-Hökumət Təşkilatları Əməkdaşlıq Alyansının həmsədri olub.

2015-ci ildə “Cümhuriyət” qəzetini yenidən bərpa edib və həmin zamandan baş redaktordur. 2015-ci ildən “Cebhe.info” Xəbər Portalının direktorudur. 2018-ci ilin martından Mətbuat Şurasının İdarə Heyətinin yeni tərkibində yer alıb. Jurnalist kimi 100-lərlə məqalə müəllifidir. Xarici dərgilərdə bir sıra ictimai-siyasi-analitik yazıların müəllifidir. Yazılarında əsas xətt siyasi publisistikadır. Ölkənin nüfuzlu qəzet, jurnal və xəbər portallarında müxtəlif köşə yazıları ilə çıxış edib.

Rəfail Becanov eyni zamanda yüksək insani keyfiyyətlərə malik olan nümunəvi vətəndaş, layiqli vətənpərvər şəxsiyyət, dövrümüzün görkəmli ictimai xadimidir. Hörmətli Rəfail bəy xalqımızın, millətimizin rifahı, dövlətimizin müstəqilliyi və möhkəmləndirilməsi, inkişafı naminə müstəsna xidmətləri olan, bir çox tarixi əhəmiyyət kəsb edən fəaliyyətlərə imza atmış milli təfəkkürlü şəxsiyyətlərimizdəndir.
Tarixdə yaxşı iz qoyanları tarix özü yaşadır. Rəfail bəy də tarixi yaşadan və tarix yaşadan simalardandır.

Mən hörmətli Rəfail bəyi səmimi qəlbdən təbrik edir, ona möhkəm can sağlığı və işlərində uğurlar arzulayıram.

Tanrı sizə yar və yardımçı olsun, deyirəm.

Analoq.az adından da dəyərli ziyalımızı təbrik edir,ona can sağlığı , yeni yaradıcılıq uğurları arzu edirik.

Böyük hörmətlə, Tural İrfan

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button