Ölkə

“Daqqılı” karantin qaydalarını belə pozdu-VİDEO

Sosial şəbəkələrdə “Daqqılı” ləqəbi ilə tanınan bloger yenidən karantin qaydalarını pozub.Analoq.az xəbər verir ki, Ziliş Cəfərov adlı bloger tibbi maskadan istifadə etmədən və sosial məsafə saxlamadan xüsusi karantin rejiminin tələblərini pozaraq rəqs edib.

İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsini pozan Ziliş Cəfərovun sözügedən görüntüləri sosial şəbəkələrdə yayılıb.

Xatırladaq ki, bloger bir müddət öncə nəqliyyat vasitələrində intizamsız davranışlarıyla əlaqədar olaraq saxlanılıb.

Səbail Rayon məhkəməsinin qərarı ilə Z.Cəfərov 10 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.BAKU.WS

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button