Elm və təhsil

Tanınmış jurnalist od püskürdü – “Bakıda 49 saylı məktəb var… “

Tanınmış jurnalist Məhəmməd Ərsoy özünün Facebook hesabında Səbail Rayonunda yerləşən 49 saylı məktəblə bağlı paylaşım edib. Analoq.az həmin paylaşımı olduğu kimi təqdim edir :

Bakıda 49 saylı məktəb var… Bəlkə də kimsənin bu məktəbdən xəbəri yoxdur… Amma ən azından Bakı Təhsil İdarəsi bilir bu məktəbi… Amma məktəbdə baş verənləri yəqin ki rəsmilərimiz bilmir…

Dəhşətdir vallah… Məktəbin direktoru Təhminə xanım özünə bir xanədanlıq qurub… İstədiyini edir. Elə bilir, ya da elə zənn edir ki, dövlətin təhsil ocağı onun dədə mülküdür…

OLMAZ VALLAH…

Təhminə xanımın bütün qohumları… savadı olan və olmayan bu məktəbdə işləyir… Hətta qohumlarının uşaqlarının adlarını da bu məktəbə yazdırıb… ÇƏTİN DEYİL…
BİR YOXLAMA-TƏFTİŞ komissiyası təşkil olunsa, hər şey üzə çıxacaq…

Deyim ki, məktəb əvvəl xaraba bir yerdə idi… Bayıl türməsinin yaxınlığında… Sonradan paytaxtımızın şəkli dəyişdi, Bakı gözəlləşdi… Bayıl türməsi plana düşdü… Bu məktəb də mataha mindi…

İndi Təhminə xanım özünü elə aparır ki, sanki hansısa BAHALI-PRESTİJNİ məktəbin direktorudur… Bir balaca imkanı zəif olan şagirdlərin valideynlərinə açıq şəkildə deyir ki, uşağını başqa məktəbə apar… Onun yerini isə satışa çıxarır…

Cənablar, bütün bunlar… qıraq yerdə yox… məhz Bakının mərkəzində, köhnə Bayıl türməsi tərəfdə… İndiki Dövlət Bayraq Meydanı ilə üz-üzə olan yerdə baş verir…
YƏQİN Kİ RƏSMİLƏR BUNUNLA BAĞLI TƏDBİR GÖRƏR…

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 3]

Back to top button