Cəmiyyət

Dahi siyasətçi Heydər Əliyevin 100 illiyinə töhfə

10 may 2023 – cü ildə Yazıçı-publisist Nazilə Rafiqin təsisçisi və baş redaktoru olduğu “ Respublika gəncləri” qəzeti və “ Gənclik news” jurnalı ilə yanaşı, “Günahsız günahkar” və “Naxçıvandan doğan günəş” adlı kitabları işıq üzü görmüşdür. Müəllifin dərc etdirdiyi hər iki kitabı, o cümlədən qəzet və jurnalı Müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi Heydər Əliyevin 100-cü ildönümünə həsr olunmuşdur.

“Günahsız günahkar” kitabında Ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsində böyük rolu olan və bu yolda canını qurban verən Azərbaycanın dəyərli insanı, böyük naşiri Əjdər Xanbabayevin ömür yoluna nəzər salınmış, onun günahsız “ günahkar” olması ilə bağlı faktlar, istintaq materialları təhlil olunmaqla yanaşı, respublikanın tanınmış ziyalılarının ürək sözləri, rəyləri öz əksini tapmışdır.

Müəllifin “Naxçıvandan doğan günəş” kitabı isə 1993-1994-cü illərdə iqtisadi blokadada olan Ordubad bölgəsində baş verən olayların, anarxiyanın, qarşıdurmanın qarşısının məhz uzaqgörən siyasətçi Heydər Əliyevin apardığı kadr siyasəti nəticəsində alınmasına həsr olunmuşdur.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 3 Ortalama: 5]

Back to top button