Cəmiyyət

Rayonlara gediş-gəliş bağlanır?

Azərbaycanda son günlərdə karonavirusa yoluxanların sayının sürətlə artması karantin rejimini yenidən sərtləşdirlə bilər.

Rayonlara gediş-gəlişin də bağlanacağı haqda məlumatlar yayılıb.

Analoq.az-ın xəbərinə görə, Milli Məclisinin deputatı Azər Badamov bildirib ki, son günlərin yoluxma dinamikası artımla müşahidə olunur və bu səbəbdən Operativ Qərərgahın yeni addımlar atılması zəruridir:

“İnsanların sağlamlığı dövlətimiz üçün hər şeydən vacibdir, bir daha qapanmalara üz tutmalı olacağıq. Hər şey öz əlimizdədir, əgər biz pandemiya tələblərinə məsuliyyətlə yanaşsaq, yoluxma sayı artmaz. Çalışmalıy ki, hər yerdə tibbi maskadan istifadə edək, insanlarla aramızda məsafə saxlayaq. Karonavirus bitməyib, bu xəstəlik fürsət axtarır ki, bizi yaxalasın. Özümüzü qorumasaq yoluxma yenidən çoxalacaq və qapanmalar aktuallaşacaq. Mənim düşüncəm ondan ibarətdir ki, insanlar qaydalara riayət etsinlər. Qaydaların sərtləşdirilməsi həm insanlar həm də dövlətimiz üçün əlavə yükdür”./demokrat.az/

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button