Ölkə

DTX-dan əməliyyat: XİN-in daha bir vəzifəli şəxsi saxlanıldı – Foto

Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Faiq Bağırov saxlanılıb.Avropa.info-nun məlumatına görə, F. Bağırov Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə, külli miqdarda törədildikdə), 308.1-ci (vəzifə səlahiyyətlərini aşma) və 311.3.2-ci (külli miqdarda rüşvət alma) maddələri ilə təqsirli biliir.

Onun barəsində Səbail rayon Məhkəməsinə təqdimat daxil olub. Təqdimata hakim Şahin Abdullayev baxacaq. Bu gün onun barəsində həbs qətimkan tədbiri seçilməsi gözlənilir.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) aparılan cinayət işi üzrə Xarici İşlər Nazirliyində istintaq-əməliyyat tədbiri keçirilib. Əməliyyat nəticəsində XİN-in İşlər idarəsinin müdiri, nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, İşlər idarəsinin Təsərrüfat şöbəsinin müdiri Səlim Əlizadə və Konsulluq idarəsinin Konsulluq-hüquq şöbəsinin rəisi Nurupaşa Abdullayev tərəfindən çoxsaylı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edilib. Onların barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Analoq.az

Daha çox
Maraqlı ola bilər
Close
Back to top button
Close