Mədəniyyət

Gəncədən seçilən millət vəkili teatrşünas-tənqidçi ilə görüşdü

Gəncədən seçilən millət vəkili Pərvin Kərimzadə Qərb regionunda fəaliyyət göstərən teatrşünas-tənqidçi, Gəncə Dövlət Dram Teatrının Ədəbi-hissə müdiri Anar Burcəliyevlə görüşərək onunla geniş fikir mübadiləsi aparıb.

Analoq.az xəbər verir ki, Teatrşünas-tənqidçi Anar Burcəliyev ilk öncə səmimi qəbul üçün millət vəkili Pərvin Kərimzadəyə təşəkkürünü bildirirək, yeni nəşr olunan kitablarını ona təqdim edib. Daha sonra region teatrlarında yaradıcılıq məsələləri, cari repertuar siyasəti, kadr potensialının çatışmamazlığı eləcə də yeni gənc kadr heyətinin cəlb edilməsi, Bədii şuraların fəaliyyəti, rejissor və aktyor mübadiləsi və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Eləcə də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Gəncə filyalının yaradılması haqqında məsələ də geniş müzakirə edilib. Həmçinin Gəncədə yaşayıb-yaradan sənətkarların xatirələrinin əbədiləşdirilməsi üçün xatirə-baralyef lövhələrinin yaşadıqları binaların önünə vurulmasının vacibliyi diqqətə çatdırılıb. Teatrşünas-tənqidçi Anar Burcəliyev müzakirə edilən məsələlər ətrafında təkliflərini millət vəkili Pərvin Kərimzadə ilə bölüşüb.

Görüşdə millət vəkili Pərvin Kərimzadə Anar Bürcəliyevin mədəniyyətimizin inkişafı ilə bağlı gördüyü işləri, xüsusilə teatr sahəsindəki elmi və ictimai fəaliyyətinin təqdirəlayiq olduğunu xüsusi olaraq bildirib. Millət vəkili teatrşünas-tənqidçi Anar Burcəliyevə gələçək işlərində uğurlar diləyərək bu sahədə aparılan təbliğat və təşviqat sahəsində atılan bütün addımlarda uğurlu layihələri dəstəklədiyini bildirib.

Daha çox
Back to top button
Close