Dünya

Göldə yoxa çıxan aktrisanı tapa bilmirlər

“Glee” serialı ilə məşhurlaşan aktrisa Naya Rivera hələ də tapılmayıb.

Analoq.az xəbər verir ki, bir neçə gün bundan əvvəl Piru gölündə üzərkən yoxa çıxan aktrisanın axtarışları davam etdirilir.

Polis hadisə ilə bağlı oğlu Joseyin danışdıqlarını dinlədiyini və buna uyğun addım atdığını qeyd edib. Rəsmi qurumlar “Bəlkə də, cansız bədəni heç vaxt tapılmayacaq”,-deyə KİV-ə açıqlamasında bildirib.

Bundan əlavə, hadisə yerində 100 nəfərlik xilasetmə qüvvələri cəlb edilib.

Həmçinin, sənətçinin azyaşlı oğlu Josey kirayə götürdükləri qayıqda gəzərkən anasının göldə üzmək istədiyini bildirib: “Anam gölə tullandı və bir daha geri qayıtmadı”.

Uşaq anasının itkin düşməsindən sonra polis tərəfindən atası Ryan Dorseyə verilib.  Rivera və Dorsey 2014-cü ildə evlənib və 4 il sonra boşanıb.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button