Müsahibə

“Bu gün Azərbaycan hakimiyyətinin 80 faizi Ramiz Mehdiyevin təyin etdiyi kadrlardır”-HAFİZ HACIYEV

İqtisadçı ekspert Natiq Cəfərli “axar.az”a açıqlamasında bildirib ki, Azərbaycanda dövlət büdcəsindən hər bir rayonun yalnız inzibati idarəetməsinə kifayət qədər çox vəsait ayrılır. Bu qədər rayonun olması dövlət büdcəsi üzərində əlavə yükdür. Rayonların tədricən inzibati cəhətdən ləğv edilərək 11 iqtisadi rayon və ya vilayət formasında birləşdirilməsi dövlət büdcəsində on milyonlarla vəsaitə qənaət etmək imkanı yaradacaq.

İqtisadçı ekspertin dediyi fikirlərə münasibət bildirən “Müasir Müsavat Partiyası”nın sədri Hafiz Hacıyev Analoq.az-a bildirib ki, rayonlarda işsizlik probleminin olduğu hamıya bəllidir. İndi sahibkarlığın inkşafı ilə bağlı müəyyən işlər görülur. Lakin icra başçıları rayon ərazilərində olan torpaqları satıb talamaqla, rüşvətxorluqla məşğuldurlar. Düşünürəm ki, rayonlar müəyyən bölgələrə bölünsə millətin də yükü qismən azalar.

Təyin olunan icra başçıları rayonda əhalinin qayğısına qalmaq, onların sosial problemlərini həll etmək əvəzinə yeyib-dağıtmaq, sahibkarlarığın inkşafına imkan verməməklə məşğuldurlar.

Sahibkarlara müxtəlif şərtlər qoyan, onlardan pul tələb edən, qoyulacaq investitsiyanin qarşısını almağı düşünən, öz ciblərini dolduran icra başçıları heç bir iş gormürlər. Ona görə də rayon İcra hakimiyyəti orqanları öz funksiyalarını itiriblər. Eyni zamanda xalqın da gözündən düşüblər.

Bütün rayonlarda su, işıq, qaz və digər qurumların idarə və şöbələri var.Bu idarə və şöbələrin də çoxu Bakıya tabedir. Demək olar ki, rayon icra başçısı lazımsız bir qurumdur.Yəni bir neçə rayonu birləşdirib daha məqsədəuyğun yeni bir şey yaratmaq olar.

– Hafiz bəy, bir neçə rayon bir yerdən idarə olunsa, düşünmürsünüz ki, orada korrupsiaya halları daha çox olar? Çünki ərazi böyüyəndə, idarəetmə yenə bir adamın əlində olacaq.

– Əlbət də, istər – istəməz koorupssiya var. Rüşvətxorun əlini kəssən də o yenə öz çirkin əməlindən qalmayacaq. Amma bir məsələ var ki, bir var bir yerə hesab verələr, bir də var ki, beş – altı yerə.

Dövlətə bağlı adam, dövləti və xalqı sevən adam heç zaman rüşvət almaz. Görursünüz də Əli Həsənovun milyardları,trilyardları üzə çıxıb.Bu cür korrupsioner məmurlar yediklərini yeyiblər, dağıtdıqlarını dağıdıblar. Hamısının ailələri xaricdə, orda -burdadır. Ramiz Mehdiyevin və digər korrupsioner məmurların Bakıda və digər yerlərdə olan obyektləri satılsa trilyardlarla pul Azərbaycan dövlətinin büdcəsini on illik təmin edər.

– Bildiyimiz kimi korrupsiya fakları ilə işdən azad olunan icra başçılarının çoxu Ramiz Mehdiyevin kadrları sayılır. Bunü münasibətiniz?

– Qorxmadan, çəkinmədən bunu dəfələrlə demişəm. Buna görə mənə həmişə böyük təzyiqlər olub. Hər dəfə böyuk basqılarla üzləşmişəm. Bu gün Azərbaycan hakimiyyətinin 80 faizi Ramiz Mehdiyevin təyin etdiyi kadrlardır. Ramiz Mehdiyev neçə illərdir Azərbaycan hakimiyyətinin, Azərbaycan dovlətçiliyinin, inkşaf etməsinə mane olurdu. Ölkə prezidentinə imkan vermirdi. Dəfələrlə ölkə prezidentini aldadıb, yalan danışıb. Prezident inanır, etimad göstərir,vəzifəyə təyin edir.

Rayonlara abadlıq-quruculuq işləriylə əlaqadər pul ayrılanda Ramiz Mehdiyev pulun 60 faizini geri alırdı. Qaytarıb vermiyən başçının aqibəti sonda heç də yaxşı olmurdu. Həbs olunan , olmayan cra başçıları hamısı elədir. Hamısı Ramiz Mehdiyevə pul gətiriblər.Yəni onları niyə tutublar? Ramiz Mehdiyev tələb edirdi ki, pul gətir. Yəni bunlardan qurtarmaqdan ötəri prezident neyləməlidir ki?! Ona görə də media ölkə prezidentinə kömək etməlidir ki, bu mafiyanı dağidaq. Biz hamımız cənab prezidentin ətrafında sıx birləşib bu quldur dəstsinə qarşı mübarizə aparmalıyıq.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button