Cəmiyyət

İnternet TV-də açıq fahişəlik təbliğatı-VİDEO

Bu günlərdə internet televiziyalarının birində yayımlanmış bir veriliş insanlarda qəzəb yaradıb.

Verilişə dəvət olunan fahişə qadını verilişin aparıcısı onu tamaşaçılarına “seks işçisi” olaraq təqdim edir.

Bu təqdimatla fahişəliyi Azərbaycan cəmiyyəti üçün normal sayan aparıcı qonağının ali savadlı olmasını və ehtiyac ucbatından bu yola düşdüyünü bildirir.

Üç ildir fahişəlik etdiyini bildirən qonaq müştərilərin tələbi ilə hər cür (yəni, təbii və qeyri-təbii) seksual xidmət göstərdiyini və bunun normal bir iş olduğunu bildirir.

Veriliş boyu həm aparıcı, həm də “sex işçisi” öz tutğudu yolun düz olmasını hər cümləsində sübut etməyə çalışır. Üstəlik,bu “işdən” ay ərzində 5-6 min manat qazandığını deyərək bir növ cəmiyyətdə həvəsləndirmə yaratmağa çalışır.

Bu günkü dövrdə uşaqlarının ehtiyac və təlabatlarını ödəməkdə çətinlik çəkən yüzlərlə tək,boşanmış qadın var.Bu verilişin mahiyyətindən aydın olunur ki,ehtiyaclar üçün həmin qadınlar da öz əxlaqlarını, namuslarını qurban verməli, bədənlərini kimə gəldi satmalıdırlar.

Bu gün azad və müstəqil dövlətdə yaşayırıq.Respublikamızda bütün sahələrdə xanımlar aparıcı vəzifələr tutur.
Minlərlə adlı-sanlı ləyaqətli Azərbaycan xanımları, həkim, müəllim, hərbi və hüquq-mühafizə orqanlarında,bələdiyyə sektorlarında , parlamentdə öz peşə borclarını yerinə yetirir. Bundan əlavə müxtəlif sahələrdə xanımlar üçün kifayət qədər iş imknları yaradılıb.

Bu cür imkanlar daxilində “sex işçisi” olan Günay bir qədər də irəli gedərək özünün fahişə olmadığını, ona pul ödəyən kişilərin fahişə olduğunu bəyan edir. Onu da xüsusi vurğulayır ki, müştəriləri arasında məşhur ictimai xadimlər, məmurlar var.

Azərbaycan cəmiyyətində, bir müsəlman ölkəsində bu dərəcəyədək əxlaqsızlıq təbliğ etmək hansı mənəvi kriteriyalara sığır və hüquq-mühafizə orqanları ümid edirik ki,belə qanuna zidd əməllərə qarşı layiqli tədbir görəcəklər.

Axı bu və buna bənzər verilişlər uşaq, yeniyetmə və gənclərin gələcəyi üçün çox təhlükəlidir.

Analoq.az olaraq ümidvarıq ki,qaldırdığımız bu məsələ aidiyyəti orqanlar tərəfindən öz həllini tapacaq.

Analoq.az

Daha çox
Back to top button
Close