Ölkə

Eldar Əzizov Bakının mərkəzini yenə qazıq-qazıq edir: Video + Fotolar

Bakı şəhər İcra Hakimiyyəti paytaxtın mərkəzində metlaxsökmə əməliyyatını həyata keçirir.Reportyor.info bildirir ki, heç bir zərurət olmadığı halda Həmkarlar İttifaqları Konfederasiyası ilə Nizami muzeyinin arasını qazmağa başlayıblar.

Halbuki təxminən iki il əvvəl eyni ərazidə qazıntı aparılmışdı. İndi təzədə həmin yeri qazıq-qazıq edərək abadlaşdırma adı ilə yeni yeyinti üçün “yağlı əppək” tapıblar. Görünür, BŞİH rəhbəri Eldar Əzizov ancaq şəhərin mərkəzində problem görə bilir.

Əgər Bakının mərkəzindən kənara çıxsa küçələrin bərbad vəziyyətdə olduğuna gözləri ilə şahid olar. Sadəcə, bunun adı maxinasiyadır və belə hallar yüzlərlədir – eyni küçəni hər il dağıdıb, yenidən təmir edirlər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button