Cəmiyyət

Millət vəkili Neftçalada əhaliyə içməli su yardımı edənlərə təşəkkür etdi

Millət vəkili Jalə Əhmədova Neftçalada yaranan su problemiylə bağlı əhaliyə köməklik göstərənlərə təşəkkür ünvanlayıb.

Deputatın “Facebook” sosial şəbəkəsində paylaşdəğı postu olduğu kimi təqdim edirik:

Əzizlərim!

Kürün quruması nəticəsində yaranan fəsadların qismən azaldılması və əhaliyə kömək məqsədi ilə bu gün Neftçala sakinlərinə su paylanılmışdır. Onu qeyd etməliyəm ki, mövcud problem müvafiq dövlət qurumlara çatdırılmışdır və həlli istiqamətində bütün işlər görülməkdədir.

Aydın məsələdir ki, tək başına bütün rayonu su ilə təmin edə bilmirik, lakin bütün imkanlı şəxslərimizi, vətəninə yardım etmək istəyən soydaşlarımızı, savab qazanmaq üçün ziyarətlərə üz tutan dindarlarımızı yardımlaşma aksiyasına qoşulmağa, savabı elə öz doğma yurdlarında qazanmağa, bu çətin günlərdə əlbir olub bir-birimizə yardım etməyə çağırıram.

Netfçala rayonunun deputatı olmasamda, vətənimizin hər bir bölgəsi mənim üçün əziz, doğma və önəmlidir.

Həmçinin, göstərdikləri köməklərə və çəkdikləri bütün əziyyətlərə görə vətənimizin şərəfli oğulları Fuad Qəhrəmanova, Elşad Mehdiyevə və Ramil Rüstəmova öz dərin təşəkkürümü bildirirəm.

Daha çox
Back to top button
Close