Cəmiyyət

Lerikdə narkomaniya ilə mübarizə tədbiri keçirilib

“Demokratiya və İnsan Hüquqları Komitəsi” İctimai Birliyi Lerikdə Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkomaniyaya qarşı mübarizə-sağlam həyat tərzinin əsasıdır” adlı maarifləndirici tədbir keçirib.

Layihənin məqsədi bölgələrdəki vətəndaşları narkotik vasitələrin insan orqanizmində yaratdığı fəsadlar, narkomaniya asılılığı və bu bəla ilə mübarizə yolları haqqında geniş bilgiləndirilməsidir.

Toplantını açan layihə təlimçilərindən Nabat Qəniyeva bildirib ki, əsas məqsədlərdən biri də narkomaniyanın fiziki, psixoloji, ictimai problemlər yaratması haqqında ictimaiyyətə detallı bilgi verilməsidir: “Narkotiklərin qanunsuz dövriyyəsilə mübarizənin qanunla tənzimlənməsi, həyata keçirilməsi, narkomaniyanın qlobal problem kimi qarşısının alınması üçün toplumun və hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinin təşfiq edilməsi son dərəcə vacibdir. Ümid edirik ki, bölgələrdə bu məsələnin icma təmsilçilərilə müzakirəsi effektiv mübarizə üçün geniş imkanlar açacaq”.

Toplantıya hüquq-mühafizə orqanlarının, DİN-in Narkotiklərlə Mübarizə Baş İdarəsinin əməkdaşları, Lerik İH, Gənclər Mərkəzinin təmsilçiləri, valideyn komitələrinin, bəldiyyə, bölgədə çalışan vətəndaş cəmiyyəti institutlarının və medianın təmsilçiləri də qatılıb.

Maarifləndirmə layihəsinə cəlb edilən Ayxan Bağırov problemin tibbi tərəfləri haqqında toplantı iştirakçılarına geniş bilgi verib. O, xüsusi olaraq vurğulayıb ki, Azərbaycancanda narkomaniya yaşının sürətlə gəncləşməsi məsələnin ən ağır tərəflərindən biridir:“Narkotik vasitələrin sintetik tərkiblilərinin sürətlə dövriyyəyə buraxılması gənclərin həyatı üçün son dərəcə təhlükəlidir. Sintetik vasitələrin ucuz olması onların geniş yayılmasının əsas səbəblərindəndir. Fizioloji olaraq bu vasitələr orqanizmə daxil olduqdan sonra çox sürətlə və qalıcı təsir göstərir, eyni zamanda orqanizm yaşı az olduqca çox ciddi asılılıq yaradır. Bu səbəbdən biz cəmiyyət olaraq əsas gənclər arasında bu bəlanın yayılmasının qarşısını almaq üçün ciddi səy göstərməliyik. Unutmamalıyıq ki, gənclərin psixoloji zəifliyi onların narkotik çetelərin ovuna daha tez çevrilməsinə imkan yaradır. Buna görə də biz toplum olaraq hüquq-mühafizə orqanlarına yardım edərək narkotik ticarətinə qarşı ən amansız şəkildə mübarizə aparmalıyıq”.

Daha sonra yerli icma üzvləri problem haqqında fikir mübadiləsi aparıb, toplantıya qatılan icra və hüquq-mühafizə orqanları təmsilçilərinə effektiv mübarizə yolları haqqında təkliflərini səsləndiriblər.

Analoq.az

Xəbəri qiymətləndir
[Ümumi: 1 Ortalama: 4]

Back to top button