Dünya

Uşağı xilas etmək üçün dənizə atılan 11 nəfər boğulub öldü

Aralıq dənizinin Misirin İsgəndəriyyə şəhərinin ərazisində yerləşən hissəsində faciəvi hadisə baş verib.

Analoq.az xəbər verir.Bu barədə “Al Balad” informasiya agentliyindən verikən məlumata görə səhər saat 5 radələrində bir qrup şəxs “Palm-Biç” çimərliyində istirahət etməyə yollanıb.

Tanımadıqları uşağın dənizdə boğulduğunu görən şəxslər bir-birinin ardınca onu xilas etməyə çalışsalar da, suda bataraq ölüblər.

İsgəndəriyyə şəhərinin turizm və kurort administrasiyasından verilən məlumata görə, hadisə nəticəsində suya daxil olan 11 nəfərin hamısı həyatını itirib.

Hazırda onların cəsədlərinin axtarışları aparılır. Bu saata qədər yeddi nəfərin meyiti sudan çıxarılıb.

 

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button