KriminalÖlkə

Kürdəmirdə ata oğlunu qətlə yetirdi

Kürdəmirdə qətl hadisəsi törədilib.

Analoq.az “Report”a istinadən xəbər verir ki, hadisə Xırdapay kəndində qeydə alınıb.

Kənd sakini, 61 yaşlı Şəmiyev Məzahir Heybət oğlu aralarında yaranan ailə münaqişəsi zəminində oğlu, 35 yaşlı Şəmiyev Elkəni ov tüfəngi ilə vuraraq öldürüb.

Hadisə yerinə Kürdəmir rayonunun hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, qətlə yetirilən Elkən Şəmiyev əvvəllər məhkumluq həyatı yaşayıb.

Xəbəri qiymətləndir
[Ümumi: 0 Ortalama: 0]

Back to top button